MARYAM FOUNDATION

UİX (uşaq iflic xəstəliyi) - hələ də sağalmaz xəstəlikdir, lakin uşaq və onun valideynlərini bu xəstəliklə yaşamağı öyrətmək olar və lazımdır. UİX-in nəticələrinə qalib gəlmək olar və müalicə nə qədər tez başlasa, bir o qədər uğur əldə etmək şansları artır. Lazımi reabilitasiya zamanı uşaq əlilliyi haqqında unuda, müstəqil insan və cəmiyyətin tamdəyərli üzvü ola bilər. Həyatında bəlkə də heç zaman gəzə və danışa bilməyəcək uşaq böyütmək necə hissdir? Bu ağır hiss mənə və mənim ailəmə yaxından tanışdır. Bir yaşında olanda mənim qızıma həkimlər bizim gələcək taleyimizi müəyyən edəcək diaqnoz qoyub - uşaq iflic xəstəliyi. Bütün sınaqlara və vəziyyətin zahiri ümidsizliyinə baxmayaraq biz möcüzələrə inanmağa davam edirik. Bu vəziyyətdə olarkən ümidi itirməmək çətindir. Çünki uşağın xəstəliyə qalib gəlməsi, tamdəyərli insan olması üçün çox böyük səylər və xərclər tələb olunur. “Məryəm” uşaq iflic xəstəliyi olan uşaqlara xeyriyyə yardım fondu qeyri-kommersiya təşkilatıdır. Fond Cəmil Məhərrəmov tərəfindən yaradılıb və onun qızı - UİX diaqnozu qoyulan Məryəmin şərəfinə adlandırılıb. Fondun əsas missiyası - uşaq iflic xəstəliyi olan uşaqlara və onların ailələrinə sosial dəstəyin göstərilməsidir. Xeyriyyəçilikdə iştirak edərək, insanlar yalnız uşaqların ehtiyacları və müalicəsi üçün vəsaitlərin toplanmasında maliyyə yardımı göstərmir, həm də ümidsizlik vəziyyətində olan ailələrə ümid verir və dəstəkləyirlər. Uşağın xəstəliyi - yalnız onun üçün deyil, həm də onun yaxınları üçün hər zaman ağır sınaqdır.

 

ƏTRAFLI MƏLUMAT BURADA

© 2023 Copyright: JAMIL MAGERRAMOV